Kamranın ən çox sevdiyi
heyvan - pişikdir.
rəng - yaşıl rəngdir
müğənni - heç bir müğənnini xoşlamır.
fəsil - bütün fəsillər.
yemək - dolmadır.
film - kriminal və mafiya janrında olan filmlərdir.
avtomobil markası - juquli 06 və BMW X5 markalarıdır
musiqi - muğamlarımızdır.
şəhər - Azərbaycanın bütün şəhərləri
|
Axtardığınız bu səhifədə yoxdursa, Google ilə axtarın
|
|
|
Həyatı |
|
|
|
Ağayev Kamran Adilxan oğlu 9 fevral 1986-cı ildə Dəvəçi şəhərində anadan olub. İlk orta təhsilini Dəvəçi şəhərində Roman Yusifov adına 2 saylı orta məktəbdə alıb. Hələ orta məktəbdə oxuduğu vaxtlarda idmana həvəsinin olduğu özünü biruzə verirdi. Təkcə futbola deyil, idmanın bir çox sahələrinə marağı olmuşdur. İdmanın üzgüçülük, güləş, sambo, karate, akrobatika və s. növləri ilə məşğul olmuşdur. Lakin futbolu hamısından üstün tutan Kamran yaşadığı rayonun – Dəvəçi rayonunun futbol komandasının oyunlarına qatılır. “Bərəkət” adlı komandada baş məşqçi və eyni zamanda da atası – Adilxan Ağayevin nəzarəti ilə futbol oynayır. Bu baxımdan da, ilk məşqçisinin atasının olduğunu demək olar. Futbolun incəliklərinə isə Bakıya gəldikdən sonra yiyələnir. Dəvəçi rayonunun “Bərəkət” klubunda Kamranın oyunlarını izləyən İslam Kərimov onun Bakıya gəlməsini, daha peşəkar klublarda oynamasını israr edir və 15 yaşlı Kamranı baş məşqçilik etdiyi 17 yaşlılardan ibarət futbol üzrə yığma komandanın heyətinə cəlb edir. Yığmada göstərdiyi oyunları ilə Kamran Bakı klublarının məşqçilərinin diqqətini çəkir. Elə həmin ildə Bakının “Şəfa” klubunun düşərgəsinə dəvət alır. Kamran orada baş məşqçi Vaqif Sadıqovun rəhbərliyi altında məşqlərə başlayır və qapıçılarla işləyən məşqçi Cəmaləddin Əliyevdən futbolun sirrlərini öyrənir. 2001-ci ildə ilk böyük mükafatını burada qazanır. “Şəfa” futbol klubu Azərbaycan kubokunun sahibi olur. 2004-cü ildə Tovuzun “Turan” klubuna transfer olunur. Naci Şensoyun baş məşqçilik etdiyi “Turan” futbol klubunun heyətinə qatılır və 2 il bu klubun şərəfini qoruyur. Karyerasında ən möhtəşəm səhifə isə 2006-cı ildə Lənkəran şəhərinin “Xəzər Lənkəran” komandasında çalışmaq üçün seçimini etdikdən sonra açılır. Elə həmin mövsümün Azərbaycan çempionluğu və kubokunu qazanırlar. 2008-ci ildə bu qələbələrin davamı olaraq “Xəzər Lənkəran” komandası yenidən Azərbaycan kubokunun sahibi olur. Bundan başqa 2008-ci ildə MDB və Baltikyanı ölkələrin futbol üzrə 16-cı beynəlxalq turniri olan “Birlik kuboku”nun da qalibi olmuşlar. Qeyd etmək lazımdır ki, Kamranın milli komandadakı fəaliyyəti 17 yaşlılardan ibarət yığma komandanın tərkibində yer alması ilə bitməmişdir. Onun futboldakı bacarığı, uğurlu oyunları, sənətinə bu qədər məsuliyyətlə yanaşması daha sonralar da futbol üzrə milli komandanın şərəfini qorumaq üçün dəvət almasını ənənə halına salmaq üçün səbəb olmuşdur. 19 və 21 yaşlılardan ibarət yığma komandalara da vaxtaşırı olaraq dəvət almışdır və meydana kapitan kimi çıxmışdır. Hal-hazırda da milli komandanın qapıçısıdır. 2008-ci ilin ən yaxşı futbolçusu seçilmişdir. Ali təhsillidir. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını “Bədən tərbiyəsi və idman” ixtisası ilə bitirmişdir.
|
|